Modern.az

Ukrayna ilə sərhədə strateji bombardmançılar yerləşdirildi

Ukrayna ilə sərhədə strateji bombardmançılar yerləşdirildi

23 İyul 2024, 00:46

ABŞ Rumıniya Hərbi Hava Qüvvələrinin Mixail Koqelniçanu 57-ci aviabazasında (Ukrayna ilə sərhəddə - red.) iki “B-52 Stratofortress” qitələrarası strateji bombardmançı təyyarəsi yerləşdirib.

 

Modern.az xəbər verir ki, yeni ərazidə onlar ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında təhlükəsizliyin yaxşılaşdırılması üçün NATO və digər beynəlxalq tərəfdaşlarla inteqrasiya edəcək, ABŞ Hərbi Hava Qüvvələrinin 20-ci ekspedisiya bombardmançı eskadrilyasının tərkibində fəaliyyət göstərəcək.

 

Mixail Koqelniçanu aviabazasına gələndən sonra B-52 təyyarələri Rumıniya və Finlandiyadan olan qırıcı təyyarələrinin müşayiəti ilə birgə uçuş həyata keçirib.

 

Bu, Amerika strateji bombardmançılarının Rumıniyada fəaliyyət göstərdiyi ilk haldır.

 

“Qlobal qeyri-sabitlik şəraitində böyük məsafələrdə davamlı imkanları dəstəkləmək çox vacibdir. Bu əməliyyat qoşunlarımızın taktikasını və qarşılıqlı fəaliyyətini təkmilləşdirməyə imkan verir. Biz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün Şərq cinahda müttəfiqlərimizlə işləyəcəyik”, - deyə USAFE-AFAFRICA komandanı general Ceyms Heker qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə: Ordumuzun hərbçisi həlak oldu