Modern.az

Ərdoğan Hatayın Türkiyəyə birləşməsinin 85-ci ildönümündə NƏLƏR DEDİ?

Ərdoğan Hatayın Türkiyəyə birləşməsinin 85-ci ildönümündə NƏLƏR DEDİ?

23 İyul 2024, 10:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətinin ölkəyə birləşməsinin 85-ci ildönümü münasibətilə danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

"Bu bütünləşmə qərarı əziz millətimizin birlik və bərabərliyini hər şeyin üstündə tutduğunun göstəricisidir. Ortaq dəyərlərimiz ətrafında sıx birləşərək gələcəyə eyni əzm və qərarlılıqla yürüyürük", - o qeyd edib.

 

Xatırladaq ki, Hatay 1939-cu ildə Türkiyəyə qatılıb. Atatürkün "şəxsi məsələm" adlandırdığı bu bölgə I Dünya müharibəsi illərində Osmanlı ərazisi kimi Fransanın işğalı altına düşüb, 1938-ci ilə qədər işğalda qalan Hatayda həmin il müstəqil dövlət yaradılıb və 1 il sonra Türkiyəyə birləşib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri