Modern.az

Rusiya gəmisində yanğın söndürülüb - Video

Rusiya gəmisində yanğın söndürülüb - Video

Aktual

24 Aprel 2016, 08:03

Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində Rusiya tankerində baş verən yanğınla bağlı birgə məlumat yayıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün sahildən təqribən 110 kilometr məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olub.

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri dərhal hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin “Vixr-5“ və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA“ gəmiləri Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.  

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı