“Ermənistan dövlət sərhəddində və təmas xəttində Azərbaycanın mövqelərini atəşə tutur. 2016-cı ilin mart ayının ortalarından başlayaraq, ermənilər atəşkəsi intensiv pozmağa başladılar. Bu zaman onlar mülkü əhalini də atəşə tuturdular. Aprelin əvvəlində də analoji hal baş verdi. Azərbaycan ordusu da bu istiqamətdə ermənilərin mövqelərinə cavab zərbələri endirdi”.
Modern.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. V.Dərgahlı bildirib ki, son döyüşlərdə ermənilərdən azad edilən yüksəkliklər müdafiə olunur, hazırda orada lazımi şərait yaradılıb:
“Azərbaycan ordusunda döyüş ruhu yüksəkdir. Bu döyüşlərdə 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Ermənilərin 30 tankı və digər zirehli texnikası, 25-dən artıq artireliya qurğusu sıradan çıxarılıb”.
Ağa AKİFOĞLU