Modern.az

"Formula 1"də 351 km/saat sürət qeydə alınıb

"Formula 1"də 351 km/saat sürət qeydə alınıb

Aktual

17 İyun 2016, 20:26

Bakıda keçirilən Avropa Qran-prisinin ikinci sərbəst yürüşü yekunlaşıb. Modern.az saytı xəbər verir ki, ən yaxşı göstərici ilk yürüşdə olduğu kimi yenə də "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur.

Bu dəfə 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.913 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.336 dəqiqə ilə "Sahara Force İndia "ın Serxio Peres qərarlaşıb.

Yürüşün ən yüksək göstəricisi "Scuderia Toro Rosso"nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı