Modern.az

Ronaldo final oyunun yarımçıq tərk etdi - VİDEO

Ronaldo final oyunun yarımçıq tərk etdi - VİDEO

Aktual

10 İyul 2016, 23:40

Avropa çempionatının final oyunu keçirilir. Modern.az saytı xəbər verir ki, finalda Portuqaliya və Fransa komandaları qarşılaşır. Amma Portuqaliya komandasının aparıcı futbolçusu Kriştiano Ronaldo matçın gedişində zədələnib.

 

Matçın 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən Ronaldo əvəzlənmək məcburiyyətində qalıb. 31 yaşlı futbolçu meydanı xərəkdə gözyaşları ilə tərk edib.

 

Qeyd edək ki, görüşün 25-ci dəqiqəsində Ronaldonun əvəzinə meydana Rikardo Quarejma daxil olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı