Müsavat Partiyası n;nKonstitusiyaya dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr tarixli ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb.
Modern.az xəbər verir ki, bu haqda Müsavat başqanının müavini Yadigar Sadıqov bildirib.
“41 mindən artıq imza topladıq. Son işlər yekunlaşdı və MSK-na təhvil veririk. Çox böyük zəhmət hesabına başa gəldi".
Y.Sadıqov deyib ki, imzatoplama kampaniyasında müsavatçılarla yanaşı, "D-18" hərəkatı və NIDA üzvləri də iştirak ediblər.
Modern.az