Modern.az

Sergey Şoyqu axtarışa verildi – Ukraynada

Sergey Şoyqu axtarışa verildi – Ukraynada

Güncel

22 Avqust 2016, 20:38

Ukrayna baş prokurorluğu Rusiya müdafiə naziri Sergey Şoyqu və bir neçə rusiyalı yüksək vəzifəli şəxs barəsində axtarış elan edib. Modern.az saytı Virtualaz.org saytına istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko “112 Ukrayna” kanalına müsahibəsində bildirib.

 

O bildirib ki, hazırda həmin şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət hazırlanır.

Baş prokurorun sözlərinə görə, Şoyqu və digər 17 vəzifəli şəxs dövlət çevrilişinə, terror təşkilatı yaratmağa cəhd, müharibə təbliğatı, müharibəyə hazırlıq və digər cinayətlərdə təqsirli bilinir.

 

Y.Lutsenko qeyd edib ki, bununla bağlı bildiriş həmin şəxslərə 10-15 avqust tarixlərində göndərilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı