Modern.az

Rusiya XİN-dən Bakıda saxlanılan erməni haqda AÇIQLAMA

Rusiya XİN-dən Bakıda saxlanılan erməni haqda AÇIQLAMA

Aktual

15 Fevral 2017, 13:04

Azərbaycanda barəsində istintaq davam edən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun saxlanma şərtləri Avropa tələblərinə cavab verir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyi onun sağlamlığının qənaətbəxş olduğunu Rusiya XİN-ə məlumat verib.

M.Zaxarova son zamanlar M.Ueldanovun qohumlarına istinadən bir sıra KİV-lərin ona tibbi xidmət göstərilmədiyi barədə məlumatı təkzib edərək, onun lazımı qaydada tibbi yardım aldığını və müalicə kursunu da keçdiyini bildirib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı