Modern.az

Dünya çempionatı-2018: İsveçrə öz qapısına qol vuraraq İsveçi 1/4 finala çıxardı

Dünya çempionatı-2018: İsveçrə öz qapısına qol vuraraq İsveçi 1/4 finala çıxardı

Aktual

3 İyul 2018, 20:22

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunu yekunlaşdı.  Modern.az xəbər verir ki, bu dəfə İsveç və İsveçrə komandaları üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə komandaların heç biri fərqlənə bilməyib. Oyunun 66-cı dəqiqəsində İsveçin hücumlarının birində qapıya vurulan top İsveçrənin oyunçusuna dəyərək istiqamətini dəyişib tora daxil olub.  Akanji avtoqol müəllifi olaraq komandasını çətin duruma salıb. Qalan vaxtda komandalardan heç biri fərqlənə bilməyib.

Bununla da İsveç  İsveçrəyə  1:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.


Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Kolumbiya – İngiltərə görüşünün qalibi ilə üz-üzə gələcək.


Matç Bakı vaxtı ilə saat 22:00-da Moskvadakı “Spartak” stadionunda start götürəcək.


Xatırladaq ki, 1/8 final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay isə Portuqaliya yığmasından üstün olub (2:1). 

Bu mərhələnin ən gözlənilməz nəticəsi ev sahibi Rusiyanın İspaniya millisini mübarizədən kənarlaşdırması olub - 4:3. 

Xorvatiya-Danimarka oyununda da birincilər qalib gəliblər - 3:2.

Braziliya yığması Meksika millisinə (2:0), Belçika isə Yaponiyaya (3:2) qalib gələrək 1/4 finala yüksəliblər. 

1/4 finalda Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq. İsveç isə İngiltərə-Kolumbiya görüşündə qələbə qazanan komanda ilə üz-üzə gələcək.

Mundialın 1/4 final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı