Modern.az

Vay, kameraya düşdüm: Saray qəsəbəsində oğrunun həyətə girmə anı - VİDEO

Vay, kameraya düşdüm: Saray qəsəbəsində oğrunun həyətə girmə anı - VİDEO

Aktual

30 Sentyabr 2018, 17:45

Sosial şəbəkələrdə bir oğrunun həyət evinə girmə anının görüntüləri yayılıb.

Modern.az xəbər verir ki, hadisənin Abşeron rayonunun Saray qəsəbəsində qeydə alındığı bildirilir.

Əvvəlcə küçədə var-gəl edən oğru bir qədər sonra hasardan aşaraq həyətə daxil olur. Həyətdə müəyyən qədər vurnuxduqdan sonra isə evə yaxınlaşır. Amma burada qəfildən kameranı görür və üzünü əli ilə örtəməyə çalışır. Daha sonra isə evin başqa tərəfindən evə daxil olmağa çalışır.

Oğru həyətdən çıxarkən əlində olanı dişi ilə tutur və hasarın üstünə qalxır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı