Modern.az

Mikayıl Cabbarov: “Büdcəyə daha çox vəsait təmin etməyi bacarmışıq”

Mikayıl Cabbarov: “Büdcəyə daha çox vəsait təmin etməyi bacarmışıq”

Aktual

8 May 2019, 13:36

“2019-cu ilin ilkin nəticələrinə görə, yanvarın 1-dən qüvvəyə minmiş vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”.


Modern.az
-ın məlumatına görə, bunu İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.

“Bu ilin ilk 4 ayında vergi proqnoz-tapşırığı uğurla icra edilib”.


Nazir qeyd edib ki, 2019-cu illin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə edilən mədaxillər plan-proqnozdan daha yüksək olub:

“Həm neft, həm də qeyri-neft sektorundan büdcəyə ödənilən vergilərin həcmi  həm 2018-ci ilin eyni dövrü ilə müqayisədə, həm də plan-proqnozdan daha yüksək olub. Biz I rübdə dövlət büdcəsinə vergi proqnozlarından 10,4% daha çox vəsait təmin etməyi bacarmışıq. Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edirdi. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Artımlar müvafiq olaraq 111% və 18%-dir”.

M.Cabbarov deyib ki, islahatların ilkin nəticələrini müşahidə etməkdəyik:

“Sevindirici hal ondan ibarətdir ki, müsbət tendensiya vergi ödəyicilərilə nazirlik arasında münasibətlərdə də öz əksini tapır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı