Yerevanda hərbi komissarlığın binasında çökmə qeydə alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Bildirilib ki, ikimərtəbəli binanın birinci mərtəbəsindəki otaqların birində döşəmə çöküb.