Modern.az

Dalay-lama 113 il yaşamağa söz verib

Dalay-lama 113 il yaşamağa söz verib

Aktual

5 İyul 2020, 11:18

İyulun 6-da 85 illiyini qeyd edəcək budda lideri XIV Dalay-lama 113 il yaşamağa söz verib.

Modern.az xəbər verir ki, bu haqda onun fəxri nümayəndəsi, Kalmıkiyanın ali laması Telo Tulku Rinpoçe bildirib.    

Onun sözlərinə görə, Dalay-lama özünü ümumbəşəri dəyərlərin - sevgi, xeyirxahlıq, mərhəmət və səbirin yayılmasına həsr edərək uzun həyat yolu keçib.

“Zati-müqəddəsləri Dalay-lama bizimlə 113 il yaşamağa söz verib”, - deyə Rinpoçe bildirib. O, həmçinin Dalay-lamanın hamını dialoq, birlik və dostluq ruhunda yaşamağa, hər kəsə hörmət etməyə və zor tətbiq etməməyə çağırıb.

XIV Dalay-lama Tenzin Qyatso 1935-ci ildə Tibetdə doğulub. 1937-ci ildə onu əvvəlki Dalay-lamanın reinkarnasiyası elan ediblər. 1940-cı ildə isə taxta çıxarılıb. 1989-cu ildə Dalay-lama maarifləndirici və sülhməramlı fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görülüb.

Bu yaxınlarda XIV Dalay-lama koronovirusu dəf etmək üçün məsləhət də vermişdi. O, ölümcül infeksiyaya tutulmamaq üçün buddistlərə tez-tez Tara mantrasını oxumağı tövsiyə etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı