Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov boğazından cərrahi əməliyyat olunub. Bu barədə Modern.az-a daxil olan məlumatı baş konsul özü saytımıza açıqlamasında təsdiqləyib. H.Zeynalov səhhətində ciddi problemin olmadığını bildirərək, sadəcə boğazında yaranan zob xəstəliyi ilə bağlı əməliyyat olunduğunu deyib:
“Səhhətimdə yaranan problemlə əlaqədar kiçik bir əməliyyat olundu. Qorxulu heç nə yox idi. Sadəcə olaraq, bir gündən sonra mən yenidən işə çıxdım. Səhhətimdə hal-hazıda heç bir problem yoxdur. Kiçik bir əməliyyat idi. Hazırda özümü çox yaxşı hiss edirəm”.
Qeyd edək ki. Həsən Zeynalov prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin may ayından etibarən Azərbaycanın İstanbuldakı baş konsuludur.
Anar RÜSTƏMOV