Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Hüseyn Nuriyevin "on line" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Nazirlikdən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Hüseyn Nuriyevin "on line" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Qumarxanaya baxış zamanı 6 dəst kompüter, 30 ədəd futbol kuponları, 60 manat məbləğində uduşa qoyulan pul və digər sənədlər aşkar edilərək götürülüb.
Modern.az