Modern.az

Papikyan Şoyqu ilə görüşdə nələrdən danışdı…

Papikyan Şoyqu ilə görüşdə nələrdən danışdı…

Aktual

26 Fevral 2022, 10:42

Ermənistanın müdafiə naziri Suren Papikyan dünən Moskvada keçirdiyi görüşdə rusiyalı həmkarı Sergey Şoyqunu əmin edib ki, gələcəkdə Ermənistan-Rusiya hərbi əməkdaşlığının inkişafı üçün əlindən gələni edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mənbələri məlumat yayıb.

“Zvezda” telekanalının saytında iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri arasında keçirilən görüşün videoyazısı yerləşdirilib.


Görüşdə Papikyan Ermənistan-Azərbaycan məsələsinə xüsusilə toxunub, O, bu məsələdə Rusiyanın köməyinə böyük ümid bəslədiklərini qeyd edib. Eyni zamanda bildirib:
 

“Sizi əmin edə bilərəm ki, Ermənistan-Rusiya hərbi əməkdaşlığının daha da inkişafı üçün əlimdən gələni edəcəyəm”.

Qeyd olunur ki, Ermənistan və Rusiyanın müdafiə nazirləri hərbi sahədə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı