Modern.az

Ruslar Çernobılın işığını KƏSDİ

Ruslar Çernobılın işığını KƏSDİ

Aktual

9 Mart 2022, 15:22

Çernobıl Atom Elektrik Stansiyasının (AES) elektrik enerjisi ilə təchizatı tamamilə dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat verib.

 

"Döyüşlər davam edir, bu isə hazırda təmir işlərini və enerji təchizatının bərpasını qeyri-mümkün edir. Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının enerjisini tamamilə kəsib”,- xəbərdə deyilir.

 

Qeyd edək ki, Çernobıl AES Rusiya qoşunlarının nəzarətindədir. Ötən həftə AES ərazisində yanğın törədilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı