Modern.az

“Əslində biz Ukraynanın tərəfsiz ölkə olmasını istəyirik” – Lavrov 

“Əslində biz Ukraynanın tərəfsiz ölkə olmasını istəyirik” – Lavrov 

Aktual

10 Mart 2022, 14:15

"Biz Rusiyanın müxtəlif cinayətlər törətməsi barədə xəbərləri eşidik. Amma bu düzgün deyil".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 

 

“Bunların hamısı çox duyğuludur. Amma heç bir media tərəfsiz olaraq baxmaq istəmir. Biz dövlətimiz olaraq bunu görürük. İnsani olaraq bu da düzgün deyil. Qərb bu istiqamətdə çox işlər görür. Qərb silahların yerləşdirilməsi barədə heç nə demir. Bunların hamısı da insanlıq üçün yaddır, amma görmürlər”, - deyə Lavrov Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Antalyada keçirdiyi görüşdən sonra bildirib.

 

“Əslində biz Ukraynanın tərəfsiz ölkə olmasını istəyirik. Ukraynanın təhlükəsizliyini arzulayırıq, eyni zamanda biz Rusiyanın da təhlükəsizliyini istəyirik. Buna görə də NATO-nun genişlənməsi bizim üçün təhlükədir.  Burada Qərb ölkələrinin çıxarları var. Qərbə bağımlı ola bilmərik, bunu heç vaxt etməyəcəyik”, - deyə Rusiyanın XİN başçısı söyləyib.

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı