Modern.az

DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Aktual

13 Mart 2022, 13:53

"Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağa vermək, yaxud əlçatan etmək cinayətkara fürsət yaradır. Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər".

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.

 

"Bundan başqa, hər hansı əşyanı avtomobilin içərisində görünən yerdə saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır", - deyə DİN rəsmisi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı