İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətin əməkdaşının avtomobilində xeyli miqdarda naqil aşkarlanıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib.
Araşdırma aparılır.