Modern.az

Deputat Milli Məclisdə tələbələrlə görüşdü - FOTOLAR

Deputat Milli Məclisdə tələbələrlə görüşdü - FOTOLAR

Aktual

7 Fevral 2013, 18:21

Bu gün Milli Məclisin Sosial siyasət komitəsində Turizm İnistitunun son kurs tələbələrinin Milli Məclisin deputatı Hadi Rəcəbli ilə görüşü keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə Azərbaycanın beynəlxalq turizm məkanında yeri və rolu, xüsusilə də “Eurovision” musiqi festifalında, 17 yaşlı qızlar arasında beynəlxalq futbol yarışmasında və digər beynəlxalq tədbirlərdə ölkəmizin yüksək səviyyədə qonaq qarşılamaq və yola salmaq məharəti xüsusi vurğulanıb. Görüşdə həmçinin o da bildirilib ki, 2015-ci ildə Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi birdə  turizm sahəsində mütəxəssislərin daha çox olmasını labüd edir.

Çıxış edən Füzuli rayonundan olan məcburi köçkün Səfərli Əliş və Adili Cavid ölkəmizdə gənclər üçün yaradılmış şəraiti xüsusi vurğulayıblar və bununla əlaqədar Prezidentimizə dərin minnətdarlıq və razılıqlarını bildiriblər. Tələbələr Azərbaycanın turist ölkəsi kimi gələcəkdə daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər. Tələbələr eyni zamanda sosial şəbəkələrdə qarşıdurmalar yaradan ara qarışdıran, xalqı qeyri-sabitliyə çağıran bəzi üzdəniraq “Lider”ləri kəskin tənqid etdilər.

Görüşün sonunda tələbələr yay tətilində ölkəmizin bir sıra turist və istirahət mərkəzlərində çalışacaqlarını bildiriblər.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı