Modern.az

Ramiz Mehdiyev məzuniyyətə çıxdı

Ramiz Mehdiyev məzuniyyətə çıxdı

Aktual

13 Fevral 2013, 17:32

“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qısamüddətli məzuniyyətdədir” - administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına açıqlamasında belə deyib.

Əli Həsənov bildirib ki, administrasiya rəhbəri bu həftənin əvvəlində məzuniyyətə çıxıb və fevralın 15-də işə qayıdacaq: “Ramiz Mehdiyev dörd günlük məzuniyyətdədir”.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu həftə keçirilən iki mühüm mərasimdə gözə dəyməyib. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev, baş nazir Artur Rasızadə, nazirlər, deputatlar vida mərasiminə qatılıb. AMEA-nın həqiqi üzvü olan Ramiz Mehdiyev vida mərasimində iştirak etməyib. Fevralın 12-də isə prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Baş nazir Artur Rasızadənin, nazirlərin, icra başçılarının iştirakı ilə keçirilən konfransa Ramiz Mehdiyev qatılmayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı