Modern.az

Ötən həftə 344 hektar ərazi minalardan təmizlənib

Ötən həftə 344 hektar ərazi minalardan təmizlənib

Aktual

10 May 2022, 14:02

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı