Modern.az

Xaçmazda ev, Bakıda yük avtomobili yanıb

Xaçmazda ev, Bakıda yük avtomobili yanıb

Aktual

8 İyun 2022, 14:44

Xaçmaz rayonunun Yergüc kəndində ümumi sahəsi 84 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 64 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhərinin Suraxanı rayonunda “Ford” markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı