Modern.az

Binə və Sədərəkdə əməliyyat KEÇİRİLDİ

Binə və Sədərəkdə əməliyyat KEÇİRİLDİ

Aktual

10 İyun 2022, 14:28

Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

 

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

 

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı