Modern.az

Ukraynada ruslara işləyən deputat TUTULDU

Ukraynada ruslara işləyən deputat TUTULDU

مورد توجه

3 Avqust 2022, 14:36

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları “Müxalifət platforması – ömürlük” fraksiyasına rəhbərlik edən, eyni zamanda Çerkassı Şəhər Şurasının deputatını saxlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, saxlanılan şəxs Rusiyaya müharibədə yardım edirmiş. Belə ki, o, Rusiyanın Ukraynaya hücumuna haqq qazandırıb və rusların bölgəni ələ keçirməsinə şərait yaradıb. Rusiya tərəfi bunun qarşılığında ona Çerkassı vilayətinin administrasiyasına rəhbərlik etməyi təklif edib.

 

Hazırda deputat barəsində cinayət işi açılıb. Araşdırmalar aparılır.

 

Qeyd edək ki, rəsmi məlumatda saxlanılan deputatın adı açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı