Modern.az

Ebola sürətlə yayılır - 19 nəfər öldü

Ebola sürətlə yayılır - 19 nəfər öldü

Aktual

25 Sentyabr 2022, 19:57

Uqandada Ebola virusu sürətlə yayılmağa başlayıb.

 

Modern.az "Daily Monitor" nəşrinə istinadən xəbər verir ki, virus artıq ölkənin 5 bölgəsinə yayılıb.

 

Uqandada ümumilikdə 31 nəfər bu virusa yoluxub, yoluxanlardan 19-u vəfat edib.

 

Bildirilib ki, virusun yayılma mərkəzi Konqo Demokratik Respublikasından paytaxt Kampala gedən magistral yolda yerləşən Mubende bölgəsidir.

 

Qeyd edək ki, virus 2000-ci illərin əvvəllərində Uqandada yüzlərlə insanın ölümünə səbəb olub.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı