Modern.az

Bosniya və Herseqovinada seçki günüdür

Bosniya və Herseqovinada seçki günüdür

Aktual

2 Oktyabr 2022, 15:30

Bu gün Bosniya və Herseqovinada prezident və parlament seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, səsvermə prosesi yerli vaxtla 07:00-da başlayıb və 19:00-dək davam edəcək.

 

Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 5903 seçki qutusu qoyulub. Seçki prosesini 60 min müşahidəçi izləyir.

 

Ümumilikdə 3 milyon 368 min 666 nəfər səsvermə hüququna malikdir. Xarici ölkələrdən poçt və ya nümayəndəliklər vasitəsilə 69 min 966 nəfər səs verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı