Ukrayna ordusu Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində rusların silah-sursat anbarları məhv edilib.
Bundan başqa, düşmənin S-300 kompleksləri sıradan çıxarılıb. Ümumilikdə, son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi vurulub. Eyni zamanda, sursat anbarı dağıdılıb.