Modern.az

Moldova- Azərbaycan matçının vaxtı dəqiqləşdi

Moldova- Azərbaycan matçının vaxtı dəqiqləşdi

Aktual

19 Oktyabr 2022, 13:12

Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı bəlli olub.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı