Modern.az

Goranboyda ağacəkmə aksiyası keçirilib

Goranboyda ağacəkmə aksiyası keçirilib

Aktual

18 Fevral 2023, 12:32

Goranboyda “Heydər Əliyev ili” ilə bağlı ağacəkmə aksiyası keçirilib.

 

“2023-cü il – Heydər Əliyev ili” ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, rayonda silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Goranboy şəhəri Heydər Əliyev adına Parkda, Dövlət Qulluqçuları və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin təşəbbüsü və İcra Hakimiyyəti Başçısı Aparatı əməkdaşlarının,  YAP rayon təşkilatının və rayon ictimaiyyətinin  bir qrup fəallarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

 

Aksiya iştirakçıları öncə Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Aksiyada 100 ədəd müxtəlif növ dekorativ ağaclar əkilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı