Modern.az

Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Aktual

5 Avqust 2023, 13:19

Bakıda evlərdın birindən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 3-də rayon ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Əmrah Rəhimov saxlanılıb.

 

Araşdırmalarla onun daha iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı