Modern.az

Şəkililərin su arzusu çin oldu - FOTOLAR

Şəkililərin su arzusu çin oldu - FOTOLAR

Актуально

8 Oktyabr 2013, 16:01
 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən kəndlərdə su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Belə layihələrdən biri Şəki rayonunun Qaratorpaq və Bolludərə  kəndlərində həyata keçirilir.  Layihənin birinci mərhələsi çərçivəsində magistral su xəttinin tikintisi  başa çatmış və Qaratorpaq kəndinə  içməli suyun verilməsinə başlanılıb.   Bu münasibətlə təşkil olunmuş mərasimdə Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov kəndə ilk dəfə olaraq içməli suyun verilməsini böyük nailiyyət adlandırmış, “Azərsu” ASC tərəfindən layihənin qısa müddətdə icra olunmasını yüksək qiymətləndirib.   "Azərsu"Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov bildirmişdir ki, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılır.     

Tədbirdə çıxış edən kənd sakinləri Qaratorpaq və Bolludərə kəndlərində istifadəyə yararlı su mənbəyi və su şəbəkəsinin olmadığını bildirmişlər. İçməli suyu uzaq məsafədən maşınlarla daşıdıqlarını deyən sakinlər problemin həllinə göstərilən köməyə görə ölkə rəhbərliyinə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

Həyata keçirilən yeni layihə Qaratorpaq və Bolludərə kəndlərində 2200 nəfərin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur. Bu kəndləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Oğuz rayonunun Söyüdlü kəndindəki su anbarı seçilmişdir. Layihənin  birinci   mərhələsi çərçivəsində su mənbəyindən Qaratorpaq kəndinə qədər 11 km uzunluğunda magistral su  xətti çəkilmişdir. Kənd ərazisində ümumi istifadə üçün 1 ədəd su bulağı və 1 ədəd su dayağı quraşdırılmışdır. Bu layihənin  davamı olaraq növbəti mərhələdə rayonun  Bolludərə kəndinə polietilen borularla 7 km uzunluğunda  magistral su xətti çəkiləcəkdir.


Modern.az                                                                         

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı