Modern.az

Deməli, İngiltərədə hər şey yalan üzərində qurulur...

Deməli, İngiltərədə hər şey yalan üzərində qurulur...

Aktual

9 İyul 2015, 18:27

“Bako Saakyanın Londona səfəri Azərbaycan tərəfi üçün çox böyük suallar doğurur. Çünki hamıya bəllidir ki, İngiltərə Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Londona səfəri çərçivəsində Böyük Britaniya parlamentində çıxış etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, İngiltərə “Dağlıq Qarabağ” adlı dövlətin olmadığını bəyan etsə də, onların bu cür hərəkətləri sual doğurur:

“Avropa İnsan Haqları Məhkəməsində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması və “Dağlıq Qarabağ” adlı bir dövlətin olmadığı bəyan olunur və bunu İngiltərə parlamentariləri də qəbul edir. Digər tərəfdən, İngiltərənin illər boyu Azərbaycanın ərazi bütövlüyünü tanıması sual doğurur. Çünki separatçı rejimin rəhbəri artıq həmin ölkənin parlamentində çıxış edir, onun üçün yüksək səviyyədə görüşlər təşkil olunur və bütün imkanlar yaradılır. Halbuki, İngiltərə rəsmiləri bəyan etmişdilər ki, yüksək səviyyədə görüş olmayacaq, tamamailə başqa formatda görüşlər keçiriləcək”.

Sevinc Fətəliyeva Bako Saakyanın viza alarkən “iş yeri” bölməsini hansı adla doldurduğunun sual doğurduğunu da qeyd edib:

“Bu, şəxsən mənim sual doğurur. İngiltərə vizasını alarkən xüsusi forma doldurulur. O formada iş yeri bəndi də var. Maraqlıdır, Bako Saakyan İngiltərəyə vizasını alanda orada nə qeyd edilib? “Dağlıq Qarabağ Respublikası” “prezidenti” kimi qeyd olunması qəbuledilməzdir. İngiltərənin Xarici İşlər Nazirliyi əgər “Dağlıq Qarabağ”ı qəbul etmirsə, onun “prezidenti”ni necə qəbul edir? Əgər o başqa məlumat yazırsa, deməli, hər şey yalan üzərində qurulur. Yenə də İngiltərənin Xarici Işlər Nazirliyi bilə-bilə yalan üzərində qurulmuş formanı qəbul edirlər. Hər iki halda bu dövlətin mövqeyi, dövlət rəsmilərinin bəyanatları ilə üstü-üstə düşmür. Bu ikili standartların bilavasitə göstəricisidir”.

Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan Londona səfəri çətçivəsində Böyük Britaniya parlamentində çıxış edib. Separatçıların rəhbəri Dağlıq Qarabağ münaqişəsindən danışıb. O qeyd edib ki, ki, “Dağlıq Qarabağ Respublikası”  Birləşmiş Krallıqla əlaqələrə xüsusi önəm verir.

Bako Saakyan Böyük  Britaniyanın “Chatham House” Beynəlxalq Münasibətlər İnstitutunun dəvəti ilə Londona gedib. Lakin onun adı dəvət edilənlər siyahısından çıxarılsa da, burada çıxış etməsinə şərait yaradılıb. Bako Saakyan ötən gün “Chatham House”da da çıxış edib.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı