Modern.az

BP şirkəti Azərbaycanda ixtisar aparacağını anons etdi

BP şirkəti Azərbaycanda ixtisar aparacağını anons etdi

Aktual

13 Yanvar 2016, 15:25

Böyük Britaniyanın BP (Bristish Petroleum) neft-qaz şirkəti neftin ucuzlaşması fonunda kütləvi ixtisarların anonsunu verib.

Modern.az saytı Britaniya KİV-nə istinadən xəbər verir ki, neft korporasiyası neft kəşfiyyatı və qazıntısı sektorunda 4 min nəfəri işdən azad etməyi planlaşdırır.

İxtisarların 5%-i şirkətin dünya ölkələrindəki törəmələrində, o cümlədən Azərbaycanda (burada 200 nəfər) aparılacaq. Britaniya şirkəti Anqola və ABŞ-dakı heyətini də azaltmağı düşünür.

Paralel olaraq, Şimal dənizindəki BP North Sea şirkətinin də 3 min işçisindən 600-ü ixtisar edilib.

BP rəhbərliyi xərclərin optimallaşması startegiyası çərçivəsində ilin sonuna qədər neft hasilatı və kəşfiyyatı seqmentdə 20 mindən az işçi saxlayacağını bildirib.

Vüqar İSMAYILOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı