Modern.az

Daha bir ölkə rus diplomatları qovur

Daha bir ölkə rus diplomatları qovur

World

5 Aprel 2022, 20:22

Rumıniya Rusiyanın 10 diplomatını "persona non-qrata" elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Məlumata görə, rus diplomatların fəaliyyəti 1961-ci il diplomatik xidmət haqqında Vyana Konvensiyasının müddəalarına ziddir. 

 

Qeyd edək ki, bir ay ərzində 300-ə yaxın rusiyalı diplomat ABŞ və Avropa ölkələrindən qovulub .

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı