Modern.az

Tayvan tarixində ilk dəfə qadın prezident seçdi

Tayvan tarixində ilk dəfə qadın prezident seçdi

Dünya

16 Yanvar 2016, 16:05


Tayvanda keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub.

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, səslərin 80%-nin hesablanmasından sonra seçkilərdə müxalif namizəd – Demokratik İnkişaf Partiyasının sədri Çay İnven qalib gəlib.

Məlumata görə o, hesablanmış səslərin 60%-ni toplayıb.

Prezidentlik yarışında Qomindan Partiyasının namizədi Çji Lilun 2-ci, Xalq Partiyasının sədri Sun Çuyuy isə 3-cü olub.

Artıq Çji Lilun məğlubiyyətini etiraf edib və rəqibin təbrik edib.

Beləliklə, 1949-cu ildən Çindən ayrılıb müstəqilliyin elan edən Tayvana ilk dəfə qadın prezident rəhbərlik edəcək.

Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı