Modern.az

29 dekbarın məşhurları...

29 dekbarın məşhurları...

Ölkə

29 Dekabr 2010, 12:39

29 dekabr tarixinə bir sıra tanınmış şəxslərin adı yazılıb.

1921-ci ilin bu günü tanınmış Azərbaycan yazıçı Əzizə Çəfərzadə anadan olub. Yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə filologiya elmləri doktoru, professor olub.1946-cı ildən  Azərbaycan Yazıçılar Birliynin üzvü olub.
29 dekabrda Bakı şəhərində doğulan Əzizə xanım 1946-1977-ci  illərdə ekstern yolu ilə ADU-nun filologiya  fakültəsini bitirib. 1944-46–cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə teatr texniki məktəbinin müdiri işləyib. 1974-cü ildən isə Bakı Dövlət Unversitetinin professoru vəzifələrində çalışib. Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik , 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeri üslubu" mövzusunda doktorluq dissertasiyaları mudafiə edib.

29 dekabr populyar müğənni, Azərbaycanın xalq artisti Faiq Ağayevin ad günüdür. Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il keçirilən "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olan Faiq müsabiqədən sonra "Qızıl Payiz-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unveristetini musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" - Mogilyov - 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.
Bundan sonra Faiq Ağayevin professional səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən o, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir.
1998-ci ildə Faiq Ağayev "İlin Konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti " klipinə görə "İlin Klipi" nominasiyasında "Humay" Milli Mükafatının sabibi olub. Həmçinin 1999-cu ildə o, "İlin Müğənnisi" nominasiyasında "Qrand" Milli Mükafatınını qazanıb.
2000-ci il oktyabrın 28-də Faiq Ağayevə əməkdar artist fəxri adı verilib.
Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib.
2007-ci il 07-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olub.
2008-ci ilin17 sentyabr tarixində Faiq Ağayevə xalq artisti fəxri adı verilib.
2010-cu il sentyabrın 27-də Nəsimi rayonu ərazisindəki Ə.Topçubaşov küçəsində Faiq Ağayevə bıçaqla xəsarət yetirilib.

29 dekabr ABŞ-ın 17-ci prezidenti Endrü Conson anadan olub. ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsindən  dərhal sonra ölkəyə rəhbərlik edib.
Avraam Linkolnun ikinci hakimiyyəti dövründə vitse-prezident vəzifəsini daşıyıb, lakin onun 1865-ci ildə qətlə yetirilməsindən sonra prezident vəzifəsini tutub.
ABŞ tarixində əleyhinə impiçiment prosesi başladılan ilk prezidentdir.

Tarixin bu günündə Raciv Qandi Hindistanın baş naziri olub. 1984-cü ilin oktyabrında ekstremistlər terror nəticəsində görkəmli siyasi xadim ölkənin eks-baş naziri İndira Qandini qətlə yetiriblər. Onu öz oğlu, hakim Milli Konqres Partiyasının lideri oğlu Raciv Qandi əvəz edib. Amma R.Qandi də 1991-ci ilin mayında “Tamil pələngləri” adlı ekstremist təşkilatın terrorçularının qurbanı olub.

1991-ci ilin bu günü Azərbaycan Respublikasının dövlət müstəqilliyi məsələsi üzrə referendum keçirilib. 25 dekabrda SSRİ-nin son prezidenti Mixail Qorbaçov Sovet İttifaqının dağıldığını bildirən bəyanatla çıxış etdi. Artıq Azərbayacan özünün müstəqilliyini elan etmişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı