Modern.az

Siyasi partiyalar maliyyə hesabatı verirmi?

Siyasi partiyalar maliyyə hesabatı verirmi?

Ölkə

18 Mart 2011, 17:11


Qüvvədə olan qanunvericiliyə əsasən, ölkədə fəaliyyət göstərən QHT-lər aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə illik maliyyə hesabatları təqdim etməlidirlər. Maliyyə Nazirliyi artıq bununla bağlı xəbərdarlıq da edib. Bildirilib ki, göstərilən tarixədək hesabatı verməyən QHT-ləri ciddi maliyyə sanksiyaları gözləyir.
Maraqlıdır, Azərbaycandakı siyasi partiyalar necə, maliyyə hesabatları verirlərmi? Qanunvericilik onlara da aiddirmi? Modern.az saytı məsələni araşdırmağa çalışıb.

Öncə bəzi partiyalarla əlaqə saxladıq.

“ Hesabat gecikdiyindən bizi 44 manat cərimələdirlər”

Ümid Partiyasının mətbuat xidmətindən bildirildi ki, onlar siyasi partiya kimi mütəmadi olaraq Maliyyə Nazirliyinə hesabat verirlər. “Təbii ki, biz Ümid Partiyası olaraq, aidiyyatı qurum qarşısında maliyyə hesabatı veririk. Əgər biz bunu etməsək, partiyanın fəaliyyət görsərməsinə icazə verilməz”.
Partiya nümayəndəsi onu da qeyd edib ki, sonuncu dəfə müvafiq hesabatı gecikdirdikləri üçün cərimə ödəməli olublar: “Sonuncu dəfə biz maliyyə hesabatını gecikdirdiyimiz üçün hətta əlavə 44 manat da ödəməli olduq”.

“YAP maliyyə hesbatını zamanında verən yeganə partiyadır”

Yeni Azərbacan Partiyasının mətbuat xidmətindən saytımıza bildirdilər ki, bu zamana kimi maliyyə hesabatlarında gecikmə olmayıb:
“YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, öz maliyyə hesabatlarını vatxlı-vaxtında verir. Biz heç vaxt bu hesabatları gecikdirmirik. Hətta, mətbuata da bununla bağlı məlumatlar yerləşdirilir”.

“Partiyanın bank hesabında balans 0-dır”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sualımıza cavabında bildirdi ki, bir çox müxalifət partiyaları kimi onların da ciddi maliyyə sıxıntıları var.
“Bizim bank hesabına baxsanız, görərsiniz ki, balans 0-dır, heç bir yerdən büdcəyə gəlir daxil olmur”-deyə qeyd edən F.Qəhrəmanlı AXCP-nin maliyyə hesabatı vermədiyini bildirib.
“Partiyanın maliyyə dövriyyəsi olmadığına görə, heç bir hesabat verilmir”.

“ Harda pul var-maliyyə var, hesabatı da onlar verməlidirlər”

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucov da digər opponentləri kimi maliyyə hesabatı ödədiklərini dedi. O, bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən bir çox müxalifət partiyalarının ciddi maliyyə problemləri var.
“Maliyyə olmayan yerdə hansısa maliyyə hesabatı vermək absurd görünür. Hardaki pul var, maliyyə var, məhz onlar hesabat verməlidirlər”.
Bununla yanaşı Ə.Orucov qeyd etdi ki, AMİP hər 3 aydan bir hesabat verir: “Bizim fəaliyyətimiz şəffaf olduğu kimi, çalışırıq bu işləri də şəffaf şəkildə təşkil edək”.

“Kommunal xərclərimizi ödəyə bilmirik, o ki qaldı maliyyə hesabatı verək”

ADP-nin ümumi işlər üzrə sədr müavini Zakir Hüseynov sorğumuzda qeyd etdi ki, təmsil olunduğu siyasi partiyanın heç bir yerdən gəliri olmadığı üçün maliyyə hesabatı vermirlər.
“Bizim partiya dövlət tərəfindən maliyyələşmir, nə də ki bizim başqa bir yerdən gəlirimiz var, yenə də dost-tanışlar sağ olsun ki, bizim kommunal xərclərimizin ödənilməsində maddi köməklik göstərirlər. Amma bu da heç xərclərimizi ödəmir”-deyə Z.Hüseynov qeyd edib.

Digər bir sıra partiyalardan sualımıza cavab ala bilmədik.

Məsələ ilə əlaqədar Maliyyə Nazirliyinə də müraciət edib eyni sualı bu quruma ünvanladıq.
Nazirliytin Mətbuat xidmətinin rəhbəri Mais Piriyev saytımıza yalnız onu bildirdi ki, Azərbaycandakı siyasi partiyaların maliyyə hesabatı verməsi məsələsi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla tənzimlənir.
Onun sözlərinə görə, sözügedən qanunun 29.4. və 1.4. maddələrində maliyyə hesabatlarının təqdim edilməsi tələb olunan təşkilat və qurumların təsnifatı göstərilib.

Maliyyə Nazirliyindəm siyasi partiyaların maliyyə hesabatı verib vermədikləri barədə sualımıza geniş aydınlıq gətirilməyib. 

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı