Modern.az

8 həftə sonra Azərbaycanın "Eurovision-2012" təmsilçisi bəlli olacaq

8 həftə sonra Azərbaycanın "Eurovision-2012" təmsilçisi bəlli olacaq

Ölkə

18 Noyabr 2011, 18:05


8 həftədən sonra Azərbaycanı “Eurovision-2012” Mahnı Müsaqbiqəsində təmsil edəcək şəxs müəyyənləşəcək. Bu barədə Modern.az-a İctimai televiziyadan məlumat verilib. Bildirilib ki,  Azərbaycanı "Eurovision-2012"də təmsil etmək üçün qeydə alınan 119 nəfərdən 72-ci milli seçim turunda iştirak hüququ qazanıb. Bu gün İctimai Televiziyada ilkin dinləmələrdən keçən 72 nəfərlə görüş keçirilib və hər bir iştirakçının çıxış edəcəyi həftəni müəyyənləşdirmək məqsədilə püşkatma olub.

72 iştirakçı hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. İştirakçılar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.

Milli seçim şousu həftə ərzində 5 gün axşam saat 21:00-da yayımlanacaq. İştirakçılar həftə içi hər gün səs imkanları və səhnə performanslarını göstərəcəklər. 5 gün ərzində verilən sms və münsiflər heyətinin səsverməsi nəticəsində hər həftənin qalibi müəyyən olunacaq.  8 həftənin qalibi növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq.  Finala keçmiş 3 nəfər iştirakçı isə Azərbaycanı "Eurovision-2012" də təmsil etmək uğrunda yarışacaq.

Qeyd edək ki, Milli seçim turunda digər ölkə vətəndaşı olan 3 nəfər də iştirak hüququ qazanıb. Onların 3-ü də ABŞ vətəndaşlarıdır. Əcnəbi iştirakçılardan bir nəfər solo, digər iki nəfər isə duet kimi çıxış edir. 
Xatırladaq ki, "Eurovision-2012" Müsabiqəsi mayın 22, 24 və 26-da Bakıda keçiriləcək

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı