Modern.az

Rəsul Quliyev: “Seçkilərdə iştirak etmək niyyətim yoxdur” - AÇIQLAMA

Rəsul Quliyev: “Seçkilərdə iştirak etmək niyyətim yoxdur” - AÇIQLAMA

کشور

30 Aprel 2013, 10:10

Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev ölkəmizdə keçiriləcək prezident seçkilərinə doğru siyasi proseslərin gərginləşdiyi məqamda növbəti dəfə müxalif düşərgəni kəskin tənqid edib.

Hələ də seçkilərdə iştirak edib-etməyəcəyi sual altında olan R.Quliyev Modern.az-a açıqlamasında müxalifətin ən güclü namizədləri hesab edirlən Müsavat başqanı İsa Qəmbər və “EL” hərəkatının lideri Eldar Namazovun nəinki prezident seçkilərində, hətta partiyadaxili seçkilərdə belə, qalib gələ bilməyəcəklərini deyib.

“Siz hansı seçkidən danışırsınız? Müsavat Partiyasının və “EL” hərəkatının başqanlığı uğrundakı  seçkilərdən, onların hər ikisi o seçkilərdə güclüdür. Amma mənim sadəcə olaraq həmin seçkilərdə iştirak etmək niyyətim yoxdur. Əgər prezident seçkilərindən söhbət gedirsə, bu yazdıqlarınızı bir yumor və ya anektod kimi də qəbul etmək olar. Nəinki Azərbaycanda, hətta öz partiyalarında həqiqi demokratik seçkilər keçirilsə, orada da onların qalib gəlməsi şübhə altındadır”-deyə eks-spiker bildirib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı