Modern.az

Yanukoviçin Rostovda yaşadığı iddia olunur

Yanukoviçin Rostovda yaşadığı iddia olunur

Təhsil

15 May 2014, 11:02



“Mənim məlumatıma görə, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rostov yaxınlığında onun şəxsi evi var. Oğlu isə Barvixde ev alıb”.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Mühafizə İdarəsinin rəisi Valeri Qletey deyib. Qeyd edək ki, Kiyevdə keçirilən uzunmüddətli etiraz aksiyalarından sonra Yanukoviç fevral ayında ölkədən qaçıb. Ukraynanın Daxili İşlər Nazirliyi onun barəsində axtarış elan edib. Ukraynanın Təhlükəsizlik Xidməti isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə Yanukoviçin bu ölkənin istintaq orqanlarına təhvil verilməsini xahiş etsə də, bundan imtina edilib. Keçmiş prezident 100 milyard dollardan çox pul oğurlamaqda da ittiham olunur.  

 

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı