Modern.az

İngiltərə Fələstinin müstəqilliyini tanıyacaq?

İngiltərə Fələstinin müstəqilliyini tanıyacaq?

Təhsil

13 Oktyabr 2014, 13:45


Bu gün İngiltərə parlamentində Fələstinin müstəqil dövlət kimi tanınmasına dair səsvermə keçiriləcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin alt palatası
"Hökumətin Fələstin dövlətini tanımasına" ilə bağlı təklifi müzakirə etmək üçün yerli saatla 15.30-da (Azərbaycan saatı ilə 19:30) bir araya gələcək.

Təxminən 6 saat davam etməsi nəzərdə tutulan danışıqlarda, Yaxın Şərq problemi müzakirə olunacaq.

Birləşmiş Krallıqda dövlətləri parlament deyil, hökumət tanıyır. Buna görə də səsvermə nəticəsi məcburi olmayacaq. Amma nəticə Fələstinin leyhinə olarsa, hökuməti Fələstinin tanınması üçün məcbur edəcəklər.

Qeyd edək ki, bir neçə gün əvvəl İsveç höküməti Fələstini müstəqil dövlət kimi tanıyıb. Bundan başqa dünyada 130-dan çox ölkə Fələstini müstəqil bir ölkə olaraq tanıyır.

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı