Modern.az

Yanukoviç Ukraynadan necə qaçmışdı? - TƏFƏRRÜAT

Yanukoviç Ukraynadan necə qaçmışdı? - TƏFƏRRÜAT

Təhsil

21 Fevral 2015, 13:55


Viktor Yanukoviçlə Rusiyaya qaçışından bir gün öncə müsahibə alan xarkovlu jurnalist Anna Kuznetsova hadisələrdən 1 il keçəndən sonra həmin müsahibə barədə xatirələrini paylaşıb. Modern.az saytı Ukrayna  mətbuatına istinadən həmin müsahibəni təqdim edir.

Kiyev meydanında ölənləri sayırdılar. Onların sayı 90-ı keçmişdi. Prezidetin Mejqoryadakı iqamətgahında isə böyük təlaş hökm sürürdü. Yanukoviç tələsik öz çemodanlarını toplayırdı. O, fevralın 22-də gecə Xarkova yola düşüb. “Gecə saat 12-də 2 helikopter iqamətgahın ərazisində yerə endi. Mən bu zaman perronda dayanışdım. Bütün işlər tələsik görüldüyü üçün aləm bir-birinə dəymişdi”.

Xarkov hava limanının VİP terminalına rəhbərlik edən Anton Padolko uçuş meydanına buraxılan yeganə insan idi. Hər şey gizli olduğu üçün Xarkov hava limanının işçiləri Yanukoviçin təyyarəsinin bura eniş edəcəyindən 2 saat öncə məlumat almışdılar. Pəncərələrə yaxınlaşmağı qadağan etmişdilər. Binanın bütün çıxışlarını da bağlamışdılar.

Kiyevdən 2 helikopter gəlir. Yanukoviç, kiçik oğlu Viktor, məşuqəsi Lyubov Polejay və 20-dən artıq cangüdən helikopterdən düşürlər. Anton Padolkoya xəbərdarlıq etmişdilər ki, onlara 30 metrdən yaxın getməsin.

Yanukoviç Dobkinin gətirəcəyi əlavə cangüdənləri gözləyirdi. Prezident və onu müşayiət edənlər enişdən sonra təxminən 40 dəqiqə ərzində açıq səma altında nə barədəsə söhbət edirdilər. Yalnız bundan sonra 6 maşından ibarət karvan hava limanının ərazisini tərk edib. Gecələmək üçün Xarkov yaxınlığındakı iqamətgaha gedib.

 Yanukoviç məhz burada Ukrayna ərazisindəki sonuncu müsahibəsini verib.

Anna Kuznetsova Xarkov telekanallarından birində jurnalist çalışırdı. Bir il sonra o, həmən prezident iqamətgahına qayıdıb. Və ilk dəfə həmin müsahibə barədə danışır.

Həmin şənbə günü jurnalisti təcili işə çağırırlar. Yanukoviçdən müsahibə götürəcəyi barədə xəbəri 2 saat öncədən alır.

Xanım jurnalist iqamətgaha günortadan sonra, iki operatorun müşayiəti ilə daxil olur. O xatırlayır ki, girişdə onları 2 mühafizəçi qarşılayıb və diqqətlə yoxlayıblar. Sonra isə jurnalistlərə çəkiliş üçün yalnız 1-ci mərtəbədəki məkanlardan birini seçməyi təklif ediblər: “Uzun stol yox idi, iki ayrı stol var idi. Hamam otağı açıq idi. Yerə atılmış məhraba kiminsə, indicə çimdiyin göstərirdi”.

Onu təəccübləndirən yeganə şeyin sükut olduğunu deyir.

Yanukoviç zolaqlı divar kağızlarının qabağında durub. Arxasında isə lampa yanır. 1 il əvvəl onun hansı məkanda müsahibə verəcəyi ilə bağlı ehtimallar yox səviyyəsində idi. Anna deyir ki, müsahib ayaqüstə açıqlama verəcəyini deyib.
“O əlavə edirdi ki, indi ölkədə olan vəziyyət oturmağıma imkan vermir. Mən ondan soruşmaq istəyirdim: nə baş verir?! Niyə bunların qarşısını almaq mümkün olmadı? Həmin situasiyada özünü düşünürdü və bu mənim xoşuma gəlmədi. Belə çıxırdı ki, insanlar ölür, sən prezidentsə, baş verənlər barədə deyil, özün barədə düşünürsən”.

Müsahibə təxminən 10 dəqiqə davam edir. Yanukoviç heç bir kağıza baxmadan və köməkçilərinin yardımından istifadə etmədən danışır: “O sanki bir müqəvva kimi otağa daxil oldu. Heç bir kağızı yox idi və mənim bütün suallarıma cavab verməyə hazır olduğunu bildirdi”.

Lakin Anna Kuznetsova onun əksər suallarına prezidentin cavab vermədiyini vurğulayır: “Onun əsas mesajı bu idi: “Məni satıblar”. Mən soruşdum: “Kim sizi satıb?”. O isə dedi: “Məni satıblar”. Elə anlar olurdu ki, onun sözünü kəsirdim. Dayandırmaq istəyirdim, amma o davam edirdi. Sözümü kəsirdi, bütün vaxtı ancaq sözümü kəsirdi. Məsələn, deyirdi ki, “ölkədə vəziyyəti sabitləşdirmək üçün bütün addımları atırdıq”. Burada ona sual verdim: “Hansı tədbirləri?”. O isə öz sözlərinə davam edirdi.Yalnız öz demək istədiyi sözləri deyirdi”.

Kuznetsova Yanukoviçin özündən çıxdığı məqamı xatırlayır: ““Mən heç nəyi imzalayan deyiləm. Nə olubsa, o da olub” dedi”.
Artıq 1 saatdan sonra müsahibə bütün respublika kanallarında yayımlandı. Bütün Ukrayna onun müsahibəsini dinləyən zaman, Yanukoviç özü artıq Xarkovu təırk edirdi. 2 təyyarə və 2 helikopter Donetskə eniş edir. Lakin öz kiçik vətənində Yanukoviçi sürpriz gösləyir – sərhədçilər uçuş üçün lazımi səbəblər olmadığı üçün onun Krıma uçmasına qadağa qoyur. Şahidər xatırlayır ki, qorxuya düşən Yanukoviç bir neçə saat ərzində biznesmen Renat Axhmedovun mülkündə gizlənir. Oradan isə maşınlarla Krıma yola düşür. Bütün yol polisi postlarını maneəsiz keçir və Sevastopoldakı Kazak buxtasına gəlir. Buradan isə Rusiya Qara Dəniz Donanmasının desant kateri ilə Rusiya sahillərinə yan alır.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı