Modern.az

ABŞ səfirliyi iftar süfrəsi təşkil edib

ABŞ səfirliyi iftar süfrəsi təşkil edib

Aktual

22 İyun 2016, 21:53

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi iftar təşkil edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, məclisə Qafqaz Müsəlmanları idarəsinin sədr müavini Hacı Salman Musayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, digər ictimai, siyasi, dini xadimlər, səfirlər qatılıb.

 Qonaqları salamlayan səfir Robert Sekuta bu iftar məclisinin əlamətdar ilə təsadüf etdiyini deyib.

 

Onun sözlərinə görə, 2016-cı il Azərbaycanıda multikulturalizm ili elan olunub: "Zəngin tarixə malik mutikulturalizm dəyərlərinə malik Azərbaycan bu və digər sahələrdə başqalarına örnək olmaq baxımından mühüm rol oynayır".

 

Səfir ABŞ-da 3 milyondan artıq müsəlmanın yaşadığını bildirərək, onların ölkədə bir çox sahələrdə aktiv fəaliyyət göstərdiyini əlavə edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı