Modern.az

Hərbi çevriliş cəhdi Türkiyəni nə qədər geri saldı?

Hərbi çevriliş cəhdi Türkiyəni nə qədər geri saldı?

Aktual

18 İyul 2016, 12:22

Bir neçə gün bundan əvvəl Türkiyədə hərbi çevrilişə cəhd olundu. Bu cəhdin qarşısı xalq tərəfindən alındı. Türkiyədə baş verən dövlət çevrilişinə cəhd iqtisadiyyat başda olmaqla bir çox sahənin geriləməsinə zəmin yaratdı. Bəs bu çevriliş cəhdi Türkiyəni nə qədər geri saldı?

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Modern.az- a şərh verib.

Onun sözlərinə görə, çevrilişə cəhdlər Türkiyəni 5-8 il geri saldı.

 

“Türkiyədə turizm yenidən dirçəlməyə başlamışdı. Bu çevrilişə cəhd isə turizmi tam iflasa uğratdı. Ruslar, almanlar və digər turistlər qorxudan Türkiyəni tərk edirlər.  Üstəlik müəyyən iş adamları həbs edildi, ölkənin iqtisadiyyatında depressiya dövrü başlanılıb. Bu dəqiqə ölkədə tam idarəçilik bütün parametrləri üzrə bərqərar edilə bilməyib.

 

İdarəçilik öz reysinə otura bilməyib. İdarəçilikdə müəyyən boşluq var, əhalinin əhval-ruhiyyəsində də müəyyən qədər ruh düşkünlüyü var. Bunlar  hamısı istehsaldan tutmuş, ölkədəki iqtisadiyyatın bütün sahələrinə öz mənfi təsirini göstərir.

 

Bunun ardınca indi hər şey ölkənin uğurlu idarəçiliyindən asılı olacaq. Parlamentli respublika üsulunun ləğvi, ölkənin siyasi sistemində dəyişiklik məsələləri gündəmə gəlsə və bu yenidən əhali arasında geniş surətdə təbliğ edilsə, bu öz əks təsirini göstərəcək.

 

Yəni Türkiyəyə xeyir verməyəcək. Mənim fikrimcə, bundan sonra reabilitasiya dönəmi keçirilməlidir. Bir müddət ciddi və cəmiyyəti iki qütbə ayıran siyasi məsələlərdən, diskussiyalardan uzaqlaşmaq lazımdır. Bir müddət cəmiyyətdə kəskin diskussiyalara meyl etməmək lazımdır. Cəmiyyətdə siyasi, milli həmrəylik istiqamətində addımlar atılmalıdır. Əhalini əsəbiləşdirən hərəkətlərə yol verməmək lazımdır. Çünki, əhali özünü bu sui-qəsdin, dövlət çevrilişinə cəhdin qarşısını alan əsas güc hesab edir. Ona görə də hökumətdən, dövlətdən daha çox şey gözləyir. Bir sözlə, istənilən hərbi çevriliş ölkəni ciddi şəkildə geri salır. Mən 5-8 il dedim ancaq bu şərtidir. İdarəçilik yaxşı olarsa, 1 ilin içərisində yaranmış boşluqların hamısını aradan qaldırıla bilər”.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı