Modern.az

Putin Sergey İvanovu vəzifədən azad etməsinin səbəbini AÇIQLADI

Putin Sergey İvanovu vəzifədən azad etməsinin səbəbini AÇIQLADI

Aktual

12 Avqust 2016, 15:05

 

Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu vəzifədən azad etməsininin səbəblərini açıqlayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Məlumata görə, Putin Sergey İvanovun işindən razı olduğunu amma bu qərarı onun xahişini nəzərə alaraq verdiyini açıqlayıb:

 

“Hörmətli Sergey Borisoviç, sizinlə uzun illərdir birlikdə çalışırıq. Uğurla çalışırıq. Təyin olunmuş sahələrdə tapşırıqları yerinə yetirməyinizdən razıyam".

 

Xatırladaq ki, bu gün Putin  Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu vəzifəsindən azad edərək bu posta Anton Vaynonu təyin edib.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı