Modern.az

Qarabağ əlili qəza törətdi, özü öldü, 3 nəfər yaralandı

Qarabağ əlili qəza törətdi, özü öldü, 3 nəfər yaralandı

Aktual

17 Sentyabr 2016, 15:29

Ağdaş rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Modern.az saytı APA-ya itinadən xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.

 

Ağdaşın Sadavat kənd sakini, Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Umarov Tərlan Eldar oğlu idarə etdiyi 03-BE-348 dövlət nömrə nişanlı, “OKA” markalı minik avtomobili yağışlı havada yolun sürüşkən olması səbəbindən yoldan çıxaraq çökəkliyə aşıb.

 

T. Umarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Avtomobildəki sərnişinlər - sürücünün qardaşı, 1977-ci il təvəllüdlü Umarov Eldəniz Eldar oğlu, Xosrov kənd sakinləri, 1990-cı il təvəllüdlü Umarov Şəmayıl Sərdar oğlu, 1983-cü il təvəllüdlü Nəbiyev Rəhman Elmar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı