Modern.az

Bakı Təhsil İdarəsi könüllülərə iş təklif etdi

Bakı Təhsil İdarəsi könüllülərə iş təklif etdi

Aktual

12 Oktyabr 2016, 12:09

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

 

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

 

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən təsdiqləyici sənəd veriləcək. Qeyd edək ki, artıq könüllülük proqramı əsasında 40 nəfər gənc BŞTİ-də ixtisaslarına uyğun sektorlarda 3 ay təcrübə keçib.

 

Maraqlananlardan tərcümeyi hallarını [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:

 

  • İnsan resursları sektoru
  • İctimaiyyətlə əlaqələr sektoru
  • Ümumi təhsil sektoru
  • Məktəbdənkənar fəaliyyətin təşkili sektoru
  • İnformasiya təminatı sektoru
  • Ümumi sektor
  • Təminat və təchizat sektoru
  • Maliyyə və mühasibatlıq sektoru
  • İnkişaf layihələri sektoru

 

Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcəkdir

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı